Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ATƏT-in keçirdiyi monitorinq insidentsiz başa çatıb
03.03.10 20:37

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 4 km qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Piter Ki və Vladimir Çontulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin və İrje Aberle keçirib.
URL / WWW
http://kelam.az/news/a-808.html