Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 4 km qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Piter Ki və Vladimir Çontulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin və İrje Aberle keçirib.
|