Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İnteraktiv nağıllarının hazırlanması davam olunur
23.12.14 20:07

Kompüter Oyunları Milli Assosiasiyası Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsini gerçəkləşdirməyə davam edir. 
Həmin layihənin üçüncü mərhələsi çərçivəsində daha iki nağıl -  (“Cırtdan” və “Ovçu Məhəmməd”) hazırlanıb. Bu nağıllar İKT-nin yenilikləri ilə maraqlanan geniş auditoriyaya Azərbaycan xalqının mədəni irsi ilə tanış olmaq imkanı verir. 
Kompüter Oyunları Milli Assosiasiyasının prezidenti Ramil Əliyevin sözlərinə görə, bu innovativ layihə çərçivəsində uşaqların maarfləndirilməsinə və inkişafına yönəldilmiş interaktiv nağıllar hazırlanır. «İnteraktiv nağıllar ilk növbədə uşaq və gənclər auditoriyası üçün nəzərdə tutulub. Bu layihəyə faktiki olaraq onların valideynləri də cəlb ediləcək” – Ramil Əliyev söylədi.
İnteraktiv nağılların xüsusi hazırlanmış vizual effekti dünyada geniş istifadə olunan və sensor ekran imkanını dəstəkləyən iOS və Android mobil platformalarına uyğunlaşdırılıb. Bununla da sözügedən nağıllar planşet kompüter və smartfonlar da daxil olmaqla bütün müasir cihazlar üçün əlçatandır. 
Qeyd edək ki, interaktiv nağılların unikallığı ekran qarşısındakı uşağın özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss etməsi, istədiyi əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə bilməsidir. Üstəlik, nağılları səssiz izləmək də mümkündür. Belə ki, uşaqlar interaktiv cizgi filminin səsini tam almaqla subtitrlərin köməyilə nağılı özləri oxuya bilərlər. Bu da öz növbəsində balacaların oxumaq, təxəyyüllərini genişləndirmək və ünsiyyət yaratmaq qabiliyyətlərinin inkişafı üçün olduqca önəmlidir. Ən əsası isə uşaqlarımız kiçik yaşlarından etibarən müasir informasiya-kommunikasiya texnologiyaları ilə tanış ola və müasir qacetlərdən istifadə etməyi öyrənə biləcəklər.
“Bizim təşkilatımız dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin ümumi konsepsiya çərçivəsində silsilə interaktiv nağıllar yaradır. Müasir formatda xalq nağılları həm uşaqlar və gənclər, həm də maraq göstərən insanlar üçün maraqlıdır. Bundan başqa, hazırlanacaq interaktiv nağıllar silsiləsi uşaqların həm kompyuter sahəsində biliklərinin inkişaf etdirilməsini və onların ümumi dünya görüşünün genişləndirilməsini, kiçik yaşlı uşaqların milli əlifbamızla, hərf və səslərin yazılışı və tələffüzü, heca və bütöv sözlərin oxunuşu ilə tanışlığı nəzərdə tutur. Bundan əlavə, bir sıra oyunlar uşağın ümumi inkişafına, məntiq və düşüncəsinin inkişaf etdirilməsinə yönəldilir” – Ramil Əliyev əlavə etdi.
Hazırda layihə çərçivəsində hazırlanmış bütün nağılları yükləmək mümkündür. Belə ki, siz “Play Market” vasitəsilə (https://play.google.com) istədiyiniz nağılı və yaxud istehsalçının adını –AzKOMA sözünü axtarışa vermək yolu ilə istədiyinizi əldə edə bilərsiniz.

Birbaşa yükləmə linkləri:

https://play.google.com/store/apps/details?id=air.cirtdan - “Cırtdan” nağılı;

https://play.google.com/store/apps/details?id=air.Ovcumahammad - “Ovçu Məhəmməd” nağılı.

https://play.google.com/store/search?q=azkoma - digər nağıllar.
URL / WWW
http://kelam.az/news/a-7538.html