Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Tağı Əhmədov: Stansiyaların sayı 76-ya çatacaq
08.11.12 20:36

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır. Metronun fəaliyyətə başlamasından 45 il keçir. “KƏLAMİNFO”nun məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov peşə bayramı münasibətilə metropoliten işçilərinə müraciət edib. “Azərbaycanda metronun tarixi 1967-ci il noyabrın 6-da başlayıb” deyən T.Əhmədovun sözlərinə görə, uzunluğu 6,5 km olan xətt üzərində 5 stansiya istifadəyə verilib: “Hazırda isə Bakı Metropoliteni ümumi uzunluğu 34,56 km olan 2 xətt üzərindəki 23 stansiyadan və 266 vahidlik vaqon parkından ibarətdir. 45 illik fəaliyyəti dövründə metropoliten böyük inkişaf yolu keçib. Stansiyaların sayı 4 dəfədən çox artıb. İstismarda olan yolların ümumi uzunluğu 86,71 km-ə, tunellərin ümumi uzunluğu isə 91,36 km-ə çatıb. Ümumiyyətlə, Bakı Metropoliteni MDB ölkələrinin metropolitenləri arasında qabaqcıl yerlərdən birini tutur”.Metropoliten rəisi qeyd edib ki, metronun qarşıdakı 20 illik inkişaf planına əsasən yaxın 20 il ərzində yolların uzunluğu 119 km-ə, stansiyaların sayı 76-ya çatacaq: “Artıq gələn il biz metromuzun 3-cü xəttinin ilk stansiyasını istismara qəbul edəcəyik. “Dərnəgül” deposunun işə düşməsi vaqon təmiri bazamızın genişlənməsi, texniki imkanlarının daha da artması deməkdir. O depo metromuzda ilk dəfə vaqonların əsaslı təmir işlərinin təşkilinə imkan verəcək. Təmir prosesinin bir çox növləri mənimsəniləcək, tətbiq olunan texniki proseslərdə daha yüksək nəticələr əldə etmək imkanı yaranacaq”. T.Əhmədovun sözlərinə görə, vaqon parkı yeni vahidlər hesabına gücləndirilib, hərəkətin təşkilinin müasir üsulları tətbiq olunub, vaqonların, eskalatorların, yol və tunel qurğularının təmir bazası möhkəmləndirilib, ventilyasiya sistemində qayda yaradılıb, vaqonların depo ərazisində əlverişli şəraitdə saxlanması üçün tədbir görülüb, elektrik enerjisi ilə təminat və qatarların dartı qüvvəsinin artırılması üçün yeni yarımstansiya tikilib.
URL / WWW
http://kelam.az/news/a-7153.html