Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Tağı Əhmədov: Stansiyaların sayı 76-ya çatacaq
    Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır. Metronun fəaliyyətə başlamasından 45 il keçir. “KƏLAMİNFO”nun məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov peşə bayramı münasibətilə metropoliten işçilərinə müraciət edib. “Azərbaycanda metronun tarixi 1967-ci il noyabrın 6-da başlayıb” deyən T.Əhmədovun sözlərinə görə, uzunluğu 6,5 km olan xətt üzərində 5 stansiya istifadəyə verilib: “Hazırda isə Bakı Metropoliteni ümumi uzunluğu 34,56 km olan 2 xətt üzərindəki 23 stansiyadan və 266 vahidlik vaqon parkından ibarətdir. 45 illik fəaliyyəti dövründə metropoliten böyük inkişaf yolu keçib. Stansiyaların sayı 4 dəfədən çox artıb. İstismarda olan yolların ümumi uzunluğu 86,71 km-ə, tunellərin ümumi uzunluğu isə 91,36 km-ə çatıb. Ümumiyyətlə, Bakı Metropoliteni MDB ölkələrinin metropolitenləri arasında qabaqcıl yerlərdən birini tutur”. Metropoliten rəisi qeyd edib ki, metronun qarşıdakı 20 illik inkişaf planına əsasən yaxın 20 il ərzində yolların uzunluğu 119 km-ə, stansiyaların sayı 76-ya çatacaq: “Artıq gələn il biz metromuzun 3-cü xəttinin ilk stansiyasını istismara qəbul edəcəyik. “Dərnəgül” deposunun işə düşməsi vaqon təmiri bazamızın genişlənməsi, texniki imkanlarının daha da artması deməkdir. O depo metromuzda ilk dəfə vaqonların əsaslı təmir işlərinin təşkilinə imkan verəcək. Təmir prosesinin bir çox növləri mənimsəniləcək, tətbiq olunan texniki proseslərdə daha yüksək nəticələr əldə etmək imkanı yaranacaq”. T.Əhmədovun sözlərinə görə, vaqon parkı yeni vahidlər hesabına gücləndirilib, hərəkətin təşkilinin müasir üsulları tətbiq olunub, vaqonların, eskalatorların, yol və tunel qurğularının təmir bazası möhkəmləndirilib, ventilyasiya sistemində qayda yaradılıb, vaqonların depo ərazisində əlverişli şəraitdə saxlanması üçün tədbir görülüb, elektrik enerjisi ilə təminat və qatarların dartı qüvvəsinin artırılması üçün yeni yarımstansiya tikilib.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 08.11.12 | Baxılıb: 243

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30