Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İnformatika fənni üzrə elmi-metodiki seminar keçirilib
07.11.12 19:46

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edirdilər. Seminar iştirakçıları 2013/2014-cü tədris ili üçün nəzərdə tutulan informatika üzrə qəbul proqramının müzakirəsini davam etdirdilər. Bir sıra bölmələrə redaktə xarakterli düzəlişlər edilməklə proqram qəbul edilib. Növbəti seminarda 2012-ci ildə keçirilən magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (A, C variantları) statistik göstəricilər əsasında elmi-metodiki təhlili aparılacaq.
URL / WWW
http://kelam.az/news/a-7134.html