Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edirdilər.
Seminar iştirakçıları 2013/2014-cü tədris ili üçün nəzərdə tutulan informatika üzrə qəbul proqramının müzakirəsini davam etdirdilər. Bir sıra bölmələrə redaktə xarakterli düzəlişlər edilməklə proqram qəbul edilib.
Növbəti seminarda 2012-ci ildə keçirilən magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (A, C variantları) statistik göstəricilər əsasında elmi-metodiki təhlili aparılacaq.
|