Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ADDA-nın rəisi Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatının Plenar iclasında iştirak edib
30.11.11 21:14

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nın nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) 27-ci Assambleyasının Plenar iclasında iştirak edib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “KƏLAMİNFO”a verilən məlumata görə, Assambleyanın plenar iclasında Beynəlxalq Dəniz Təşkilatının növbəti 2 il üçün strateji planı, təşkilatın keçən dövr üçün maliyyə auditinin nəticələri, BDT-yə üzv olan dövlətlərdə dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üzrə auditin keçirilməsi, habelə dövlətlərin Dəniz Administrasiyalarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə tərtib edilmiş yeni cədvəl təsdiq edilib.Eyni zamanda iclas zamanı dəniz nəqliyyatı sahəsində mütəxəssislərin hazırlığına dair məsələlər müzakirə edilib, dəniz quldurluğu hallarının qarşısının alınması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən BMT və NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilmiş tədbirlər barədə üzv dövlətlərə məlumat verilib, Təşkilatın Dəniz Təhlükəsizliyi, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Hüquq və digər komitələrinin hesabatları dinlənilib, eləcə də dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qətnamələr qəbul edilib və Beynəlxalq Dəniz Təşkilatının icraçı orqanı olan Şuranın üzvlüyünə seçkilər keçirilib. Həmçinin Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatının Baş katibi vəzifəsinə yeni seçkilər keçirilib və adıçəkilən təşkilatın Dəniz Təhlükəsizliyi Bölməsinin direktoru Yaponiya təmsilçisi Sikimizu Beynəlxalq Dəniz Təşkilatının yeni Baş katibi seçilib. Plenar iclasda keçirilən dinləmələr zamanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edib və Azərbaycan Respublikasının qoşulmuş olduğu konvensiyaların tələblərinə tam əməl edilməsi, xüsusilə də bu sahənin daim dövlət nəzarətində saxlanıldığı və mütəmadi tədbirlərin görüldüyü, Azərbaycan Respublikası tərəfindən audit yoxlanışına müvafiq hazırlıq işlərinin görüldüyü Assambleyanın, eləcə də üzv dövlətlərin nümayəndə heyətlərinin nəzərinə çatdırılıb.
URL / WWW
http://kelam.az/news/a-5224.html