Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    ADDA-nın rəisi Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatının Plenar iclasında iştirak edib
    Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nın nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) 27-ci Assambleyasının Plenar iclasında iştirak edib. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “KƏLAMİNFO”a verilən məlumata görə, Assambleyanın plenar iclasında Beynəlxalq Dəniz Təşkilatının növbəti 2 il üçün strateji planı, təşkilatın keçən dövr üçün maliyyə auditinin nəticələri, BDT-yə üzv olan dövlətlərdə dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üzrə auditin keçirilməsi, habelə dövlətlərin Dəniz Administrasiyalarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə tərtib edilmiş yeni cədvəl təsdiq edilib. Eyni zamanda iclas zamanı dəniz nəqliyyatı sahəsində mütəxəssislərin hazırlığına dair məsələlər müzakirə edilib, dəniz quldurluğu hallarının qarşısının alınması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən BMT və NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilmiş tədbirlər barədə üzv dövlətlərə məlumat verilib, Təşkilatın Dəniz Təhlükəsizliyi, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Hüquq və digər komitələrinin hesabatları dinlənilib, eləcə də dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qətnamələr qəbul edilib və Beynəlxalq Dəniz Təşkilatının icraçı orqanı olan Şuranın üzvlüyünə seçkilər keçirilib. Həmçinin Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatının Baş katibi vəzifəsinə yeni seçkilər keçirilib və adıçəkilən təşkilatın Dəniz Təhlükəsizliyi Bölməsinin direktoru Yaponiya təmsilçisi Sikimizu Beynəlxalq Dəniz Təşkilatının yeni Baş katibi seçilib. Plenar iclasda keçirilən dinləmələr zamanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edib və Azərbaycan Respublikasının qoşulmuş olduğu konvensiyaların tələblərinə tam əməl edilməsi, xüsusilə də bu sahənin daim dövlət nəzarətində saxlanıldığı və mütəmadi tədbirlərin görüldüyü, Azərbaycan Respublikası tərəfindən audit yoxlanışına müvafiq hazırlıq işlərinin görüldüyü Assambleyanın, eləcə də üzv dövlətlərin nümayəndə heyətlərinin nəzərinə çatdırılıb.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 30.11.11 | Baxılıb: 139

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30