Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Eurovision–2012”nin Milli seçim turunda Azərbaycan musiqisi ifa olunacaq
29.11.11 19:31

Dünəndən etibarən İctimai Televiziyanın efirində başlayan “Eurovision–2012” Mahnı Müsabiqəsinin Milli seçim turunda ilk həftənin 9 nəfər iştirakçısı – Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova və Səmra Rəhimli ilk çıxışlarında beynəlxalq estradadan xitlər ifa edib. İTV-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu gün isə qeyd olunan 9 nəfər Azərbaycan musiqisi ifa edərək performanslarını təqdim edəcəklər. Yarışmanın ikinci günü 21:00-da İctimai TV ilə canlı yayımlanacaq. Xatırladaq ki, Milli seçim turunda 72 nəfər iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək. İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan Milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstərəcəklər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq.
URL / WWW
http://kelam.az/news/a-5193.html