Dünəndən etibarən İctimai Televiziyanın efirində başlayan “Eurovision–2012” Mahnı Müsabiqəsinin Milli seçim turunda ilk həftənin 9 nəfər iştirakçısı – Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə Həsənova və Səmra Rəhimli ilk çıxışlarında beynəlxalq estradadan xitlər ifa edib. İTV-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu gün isə qeyd olunan 9 nəfər Azərbaycan musiqisi ifa edərək performanslarını təqdim edəcəklər. Yarışmanın ikinci günü 21:00-da İctimai TV ilə canlı yayımlanacaq.
Xatırladaq ki, Milli seçim turunda 72 nəfər iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.
İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan Milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstərəcəklər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq.
|