Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Azərbaycan teatrında İslam” mövzusunda Dəyirmi masa təşkil edilib
09.12.09 20:18

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Bakı şəhərinin 2009-cu ildə Islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Milli Kitabxanada “Azərbaycan teatrında İslam” mövzusunda Dəyirmi masa təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər.Dəyirmi masada çıxış edən Mərkəzin direktoru Vilayət İsmayılov qeyd edib ki, İslam qardaşlıq və tolerantlıq dinidir. İslam dünyası böyük mədəni irsə malikdir. Vaxtilə məhz sosial-dini qadağalar, mənəvi-əxlaqi yasaqlar, şəriətə bağlı təpkilər Azərbaycan teatr mədəniyyətinin də genotipini müəyyənləşdirib. Sənətşünaslıq namizədi, teatrşünas Aydın Talıbzadə “Azərbaycan teatrı və İslam dini ” mövzusunda çıxış edib. O, İslam dininin teatrallığı haqqında maraqlı faktlara istinad edib. A.Talıbzadə orta əsrlər Yaxın və Orta Şərq teatrının poetikası istiqamətində apardığı elmi tədqiqatlarında bu mövzunun zamandan asılı olmayaraq aktuallığının öndə olduğunu vurğulayıb. “Əsrin əvvəllərində milli mənlik şüuru türkləşmək, islamlaşmaq, müasirləşmək ideallarının başlıca qayələrə çevrilməsi ilə müşayiət olunurdu. O dövrdə ziyalıların böyük əksəriyyəti islam dininə qayıdışı milli tərəqqinin başlıca amillərindən hesab edirdi. Yusif Ziya Talıbzadə həmin ziyalılar nəslinə mənsubdur”.-deyə A.Talıbzadə vurğulayıb. Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram teatrının direktoru Yadigar Muradov “Repertuarda islam mövzusunda dram əsərlərinin təcəssümü” mövzusunda çıxış edib. Sənətşünaslıq namizədi Zəminə Axundova respublikamızda İslamın təməl prinsipləri əsasında yazılmış əsərlərə, mənəvi-əxlaqi dəyərlərin inkişafına xidmət edən tamaşalara olan ehtiyacdan danışıb.
URL / WWW
http://kelam.az/news/a-367.html