Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    “Azərbaycan teatrında İslam” mövzusunda Dəyirmi masa təşkil edilib
    Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Bakı şəhərinin 2009-cu ildə Islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Milli Kitabxanada “Azərbaycan teatrında İslam” mövzusunda Dəyirmi masa təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Dəyirmi masada çıxış edən Mərkəzin direktoru Vilayət İsmayılov qeyd edib ki, İslam qardaşlıq və tolerantlıq dinidir. İslam dünyası böyük mədəni irsə malikdir. Vaxtilə məhz sosial-dini qadağalar, mənəvi-əxlaqi yasaqlar, şəriətə bağlı təpkilər Azərbaycan teatr mədəniyyətinin də genotipini müəyyənləşdirib. Sənətşünaslıq namizədi, teatrşünas Aydın Talıbzadə “Azərbaycan teatrı və İslam dini ” mövzusunda çıxış edib. O, İslam dininin teatrallığı haqqında maraqlı faktlara istinad edib. A.Talıbzadə orta əsrlər Yaxın və Orta Şərq teatrının poetikası istiqamətində apardığı elmi tədqiqatlarında bu mövzunun zamandan asılı olmayaraq aktuallığının öndə olduğunu vurğulayıb. “Əsrin əvvəllərində milli mənlik şüuru türkləşmək, islamlaşmaq, müasirləşmək ideallarının başlıca qayələrə çevrilməsi ilə müşayiət olunurdu. O dövrdə ziyalıların böyük əksəriyyəti islam dininə qayıdışı milli tərəqqinin başlıca amillərindən hesab edirdi. Yusif Ziya Talıbzadə həmin ziyalılar nəslinə mənsubdur”.-deyə A.Talıbzadə vurğulayıb. Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram teatrının direktoru Yadigar Muradov “Repertuarda islam mövzusunda dram əsərlərinin təcəssümü” mövzusunda çıxış edib. Sənətşünaslıq namizədi Zəminə Axundova respublikamızda İslamın təməl prinsipləri əsasında yazılmış əsərlərə, mənəvi-əxlaqi dəyərlərin inkişafına xidmət edən tamaşalara olan ehtiyacdan danışıb.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 09.12.09 | Baxılıb: 322

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30