Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransında iştirak edəcək
02.02.11 19:05

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 4-6-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Qeyd edək ki, 47-ci Münhen konfransının gündəliyinə maliyyə böhranı, nüvə silahının yayılmaması, silahsızlaşdırma və s. kimi aktual məsələlər daxil edilib. Münhen konfransında 350-yə yaxın qonağın iştirak edəcəyi gözlənilir. Münhen konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin "müdafiə nazirlikləri nümayəndələrinin iclası" kimi qoyulub.
URL / WWW
http://kelam.az/news/a-2798.html