Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 4-6-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.
Qeyd edək ki, 47-ci Münhen konfransının gündəliyinə maliyyə böhranı, nüvə silahının yayılmaması, silahsızlaşdırma və s. kimi aktual məsələlər daxil edilib.
Münhen konfransında 350-yə yaxın qonağın iştirak edəcəyi gözlənilir.
Münhen konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin "müdafiə nazirlikləri nümayəndələrinin iclası" kimi qoyulub.
|