Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » TQDK-nin Naxçıvan bölməsində çalışmaq istəyənlərin imtahanının vaxtı məlum olub
12.01.11 19:42

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test imtahanının vaxtı məlum olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) veriblər. Məlumata görə, imtahan yanvarın 14-ü saat 12:00-da Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər korpusunda keçiriləcək. Xatırladaq ki, DQMK tərəfindən 2010-cu il 21 oktyabr tarixdə TQDK-nin Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.
URL / WWW
http://kelam.az/news/a-2640.html