Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test imtahanının vaxtı məlum olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) veriblər.
Məlumata görə, imtahan yanvarın 14-ü saat 12:00-da Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər korpusunda keçiriləcək.
Xatırladaq ki, DQMK tərəfindən 2010-cu il 21 oktyabr tarixdə TQDK-nin Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.
|