Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident Sumqayıt Elektrik Stansiyasının açılış mərasimində iştirak edib
19.11.09 20:42

Bu gün prezident İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısını Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, inşaatçılar və energetiklər qarşılayıblar. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkə başçısına məlumat verərək bildirib ki, təməli 2005-ci il avqustun 12-də prezident İlham Əliyev tərəfindən qoyulan 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara hazırdır. Yeni stansiya şəhərin perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınmaqla 1 nömrəli Sumqayıt Elektrik Mərkəzinin ərazisində inşa edilib. Stansiyanın iş rejimi və avadanlığı ilə yaxından tanış olan prezident İlham Əliyev energetiklərlə görüşüb, onları təbrik edərək uğurlar arzulayıb.
URL / WWW
http://kelam.az/news/a-251.html