Bu gün prezident İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısını Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, inşaatçılar və energetiklər qarşılayıblar.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkə başçısına məlumat verərək bildirib ki, təməli 2005-ci il avqustun 12-də prezident İlham Əliyev tərəfindən qoyulan 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara hazırdır.
Yeni stansiya şəhərin perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınmaqla 1 nömrəli Sumqayıt Elektrik Mərkəzinin ərazisində inşa edilib.
Stansiyanın iş rejimi və avadanlığı ilə yaxından tanış olan prezident İlham Əliyev energetiklərlə görüşüb, onları təbrik edərək uğurlar arzulayıb.
|