Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün seçkilərlə bağlı seçki bülletenlərinin çapına başlanılır
22.10.10 19:56

Bu gün saat 12.00-dan etibarən cari il noyabarın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı seçki bülletenlərinin çapına başlanılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Seçki Komissiyasından veriblər. Seçki bülletenləri Milli Məclisinin mətbəəsində (ünvan Yasamal rayonu, Azad Mirzəyev küç.236-Statistika İdarəsinin solunda) mətbəə üsulu ilə çap ediləcək. Bülletenlərin mətni, forması, sayı və hazırlanması qaydasına dair də qərar Mərkəzi Seçki Komissiyasının 1 oktyabrda keçirilmiş iclasında qəbul edilib. Çap prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov saat 14.00-da mətbəəyə gələcək. MSK da akkreditasiyadan keçmiş KİV nümayəndələri və beynəlxalq qurumların təmsilçiləri də dəvətlidir. P.S. Mərkəzi Seçki Komissiyasının "Bülletenləirn mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar" əlavə olunub.
URL / WWW
http://kelam.az/news/a-2124.html