Bu gün saat 12.00-dan etibarən cari il noyabarın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı seçki bülletenlərinin çapına başlanılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Seçki Komissiyasından veriblər.
Seçki bülletenləri Milli Məclisinin mətbəəsində (ünvan Yasamal rayonu, Azad Mirzəyev küç.236-Statistika İdarəsinin solunda) mətbəə üsulu ilə çap ediləcək. Bülletenlərin mətni, forması, sayı və hazırlanması qaydasına dair də qərar Mərkəzi Seçki Komissiyasının 1 oktyabrda keçirilmiş iclasında qəbul edilib. Çap prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov saat 14.00-da mətbəəyə gələcək. MSK da akkreditasiyadan keçmiş KİV nümayəndələri və beynəlxalq qurumların təmsilçiləri də dəvətlidir.
P.S. Mərkəzi Seçki Komissiyasının "Bülletenləirn mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar" əlavə olunub.
|