Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə növbəti müzakirələr başlayıb
04.10.10 18:19

Bu gündən oktyabrın 7-dək Türkiyənin Ankara şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə növbəti müzakirələr başlayır. Nəqliyyat Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndələrinin iştirak etdiyi tədbirdə MDB dəmir yolları şəbəkəsində hərəkət edən müxtəlif tipli vaqonların Türkiyə və eləcə də Avropa dəmir yollarında texniki baxımdan hərəkət etmələrinin mümkünlüyü, yarana biləcək çətinliklərin öyrənilməsi və onların həlli yolları eləcə də Gürcüstan dəmir yolunun Ahalkələk stansiyasında müxtəlif növlü vaqonlardan ibarət tərtib edilmiş qatarların hansı qaydada hərəkət etmələri araşdırılacaq. Qeyd edək ki, cari ilin 3 avqust tarixində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının 2-ci iclası keçirilmiş və orada 1520 mm izli Müstəqil Dövlətlər Birliyinə (MDB) məxsus yük və sərnişin vaqonlarının tip və əndazələrinə (qabaritlərinə) görə vaqonların 1435 mm izli Türkiyə dəmir yollarındakı qabarit keçidlərinə uyğun texniki parametrlər üzrə görülmüş işlər barədə müzakirələr aparılmışdı. Sözügedən görüşdə verilən qərara əsasən, Nəqliyyat Nazirliyində MDB dəmir yolları şəbəkəsində hərəkət edən müxtəlif növlü (yarımvaqon, platforma, qapalı, sisternə, semetdaşıyan, taxıldaşıyan və s.) vaqonların 9238-83 Dövlət standartı ilə müəyyən edilən T, 1-T, 1-BM (0-T), 0-BM (01-T), 02-BM (02-T), 03-BM (03-T) tipli qabaritlərinə, avtomatik qoşqu və tormoz sisteminə görə Türkiyə dəmir yolları şəbəkəsində hərəkətinin mümkünlüyünün araşdırılması məqsədi ilə Nazirliyin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinin müdiri Kazım Şərifovun rəhbərliyi ilə İşçi qrup yaradılmışdı. Türkiyənin Ankara şəhərində keçirilən üçtərəfli görüşdə də Nəqliyyat Nazirliyini K. Şərifov təmsil edir.
URL / WWW
http://kelam.az/news/a-1990.html