Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » A.Gül: “Azərbaycan-Türkiyə qardaşlığını şəhid qanları birləşdirir”
17.08.10 19:29

Türkiyə prezidenti Abdullah Gül Milli Məclisdə olub. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılayıblar. Sonra spiker O.Əsədov və Türkiyə prezidenti A.Gül arasında görüş keçirilib.O.Əsədov dost və qardaş ölkənin dövlət başçısı A.Gülün Azərbaycana rəsmi səfərə gəlməsindən məmnun qaldığını bildirib. Milli Məclisin sədri qeyd edib ki, eyni dilə, dinə, mədəniyyətə, soykökə malik olan xalqlarımız arasında münasibətlər yüksək səviyyədədir. “Bu cür səfərlər ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Ölkələrimiz arasında 148 mühüm sənəd imzalanıb. Bu gün isə strateji əməkdaşlığa dair yeni bir sənəd imzalandı. Bu sənədlər bizim ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün hüquqi baza yaradır. Bu, eyni zamanda, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının işinin daha da fəallaşmasına təkan verir. Azərbaycan və Türkiyə deputatları beynəlxalq təşkilatlar çərçivəsində də bir-birilərinə dəstək olurlar. Biz Strateji Əməkdaşlıq Şurasının yaradılması istiqamətində də işlərimizi davam etdiririk və düşünürəm ki, yaxın vaxtlarda məqsədimizə nail olacağıq”,-deyə spiker vurğulayıb. O. Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Türkiyə Prezidentinə bir daha minnətdarlıq edib. Prezident A.Gül Azərbaycana hər gəlişində müşahidə etdiyi dinamik inkişafdan, müsbət dəyişikliklərdən qürur duyduğunu bildirib. O qeyd edib ki, ölkələrimiz arasındakı qardaşlıq sözdə deyil, əməldə öz təsdiqini tapıb. “Mən bura gəlməmişdən əvvəl Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət etdim. Burada Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş insanlar dəfn olunublar. Bu, o deməkdir ki, Azərbaycan-Türkiyə qardaşlığını şəhid qanları birləşdirir. Bu isə bir daha sübut edir ki, qardaşlığımız daimidir, əbədidir, ölməzdir”,-deyə A.Gül vurğulayıb. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını diqqətə çatdıran A.Gül ölkələrimizin parlamentləri arasında əlaqələri yüksək qiymətləndirib.
URL / WWW
http://kelam.az/news/a-1674.html