Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    A.Gül: “Azərbaycan-Türkiyə qardaşlığını şəhid qanları birləşdirir”
    Türkiyə prezidenti Abdullah Gül Milli Məclisdə olub. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılayıblar. Sonra spiker O.Əsədov və Türkiyə prezidenti A.Gül arasında görüş keçirilib. O.Əsədov dost və qardaş ölkənin dövlət başçısı A.Gülün Azərbaycana rəsmi səfərə gəlməsindən məmnun qaldığını bildirib. Milli Məclisin sədri qeyd edib ki, eyni dilə, dinə, mədəniyyətə, soykökə malik olan xalqlarımız arasında münasibətlər yüksək səviyyədədir. “Bu cür səfərlər ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Ölkələrimiz arasında 148 mühüm sənəd imzalanıb. Bu gün isə strateji əməkdaşlığa dair yeni bir sənəd imzalandı. Bu sənədlər bizim ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün hüquqi baza yaradır. Bu, eyni zamanda, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının işinin daha da fəallaşmasına təkan verir. Azərbaycan və Türkiyə deputatları beynəlxalq təşkilatlar çərçivəsində də bir-birilərinə dəstək olurlar. Biz Strateji Əməkdaşlıq Şurasının yaradılması istiqamətində də işlərimizi davam etdiririk və düşünürəm ki, yaxın vaxtlarda məqsədimizə nail olacağıq”,-deyə spiker vurğulayıb. O. Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Türkiyə Prezidentinə bir daha minnətdarlıq edib. Prezident A.Gül Azərbaycana hər gəlişində müşahidə etdiyi dinamik inkişafdan, müsbət dəyişikliklərdən qürur duyduğunu bildirib. O qeyd edib ki, ölkələrimiz arasındakı qardaşlıq sözdə deyil, əməldə öz təsdiqini tapıb. “Mən bura gəlməmişdən əvvəl Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət etdim. Burada Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş insanlar dəfn olunublar. Bu, o deməkdir ki, Azərbaycan-Türkiyə qardaşlığını şəhid qanları birləşdirir. Bu isə bir daha sübut edir ki, qardaşlığımız daimidir, əbədidir, ölməzdir”,-deyə A.Gül vurğulayıb. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını diqqətə çatdıran A.Gül ölkələrimizin parlamentləri arasında əlaqələri yüksək qiymətləndirib.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 17.08.10 | Baxılıb: 210

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30