Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə elan edib
24.06.10 19:09

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Şuradan veriblər. Şuranın üstünlük verdiyi 10 istiqmət üzrə elan olunan müsabiqəyə təqdim olunacaq 1 layihənin maksimum dəyəri 8 min manat olmalıdır. Müsabiqənin ümumi fondu isə 175 min manatdır. Müsabiqə siyasi, dini fəaliyyəti, ayrı-ayrı fərdlərə maddi yardım və təhsil üçün təqaüdlərlə bağlı sahələri dəstəkləmir. Ərizələr iyunun 25-dən həftənin I-V iş günlərində saat 10.00-dan 18.00-dək Şuranın ofisində qəbul olunur. Ərizə şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir. Ərizələrin qəbulu üçün son tarix iyulun 23-ü saat 17:00-a kimidir. Müsabiqənin nəticələri sentyabrın 1-dən sonra elan olunacaq.
URL / WWW
http://kelam.az/news/a-1364.html