Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Şuradan veriblər.
Şuranın üstünlük verdiyi 10 istiqmət üzrə elan olunan müsabiqəyə təqdim olunacaq 1 layihənin maksimum dəyəri 8 min manat olmalıdır. Müsabiqənin ümumi fondu isə 175 min manatdır.
Müsabiqə siyasi, dini fəaliyyəti, ayrı-ayrı fərdlərə maddi yardım və təhsil üçün təqaüdlərlə bağlı sahələri dəstəkləmir.
Ərizələr iyunun 25-dən həftənin I-V iş günlərində saat 10.00-dan 18.00-dək Şuranın ofisində qəbul olunur. Ərizə şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir.
Ərizələrin qəbulu üçün son tarix iyulun 23-ü saat 17:00-a kimidir.
Müsabiqənin nəticələri sentyabrın 1-dən sonra elan olunacaq.
|