Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir
02.04.10 03:21

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Anıtqəbirə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoyub. Sonra Ramiz Mehdiyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb və Anıtqəbirdəki muzeylə tanış oldu. R.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Türkiyə Milli Təhlükəsizlik Şurasında qurumun baş katibi Sərdar Kılıç ilə görüşüb. Görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonra nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcanla görüşüb. M.Mərcan bildirib ki, Türkiyədə iqtidar və müxalifətdə olmağından asılı olmayaraq, bütün deputatlar qardaş Azərbaycanın problemlərini öz problemləri kimi dəyərləndirirlər. Ramiz Mehdiyev bildirib ki, bu gün mən öz Vətənimə gəlmişəm və burada öz qardaşlarımla görüşürəm. “Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının arxasında dərin mahiyyət dayanır. Bu, ilk növbədə türk xalqlarının tarixi keçmişi ilə bağlıdır. Biz həqiqətən bir millətik. Sadəcə, tarixi proseslər iki dövlətin yaranmasına səbəb olmuşdur. Bu gün dövlətlərimiz arasında əlaqələr ən yüksək zirvədədir. Burada qardaşlarımla fikir mübadiləsi aparmaq, söhbət etmək mənə çox xoşdur”,-deyə R.Mehdiyev əlavə edib. Nümayəndə heyəti daha sonra Ankaradakı Qazi Universitetinə gəlib. Universitetin rektoru Rıza Ayhan qonaqlara bu ali təhsil ocağı barədə ətraflı məlumat verdi. Universitetlə tanışlıqdan sonra Ramiz Mehdiyev konfrans zalında “Azərbaycanın müasir vəziyyəti və Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda məruzə edib. Məruzədən sonra R.Mehdiyev tələbələrin suallarını cavablandırmışdır. Universitetin rəhbərliyinin adından ona xatirə hədiyyəsi təqdim olunub. Səfər çərçivəsində R.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Çankaya köşkünə gələrək Türkiyə Prezidenti Katibliyinin iş prinsipi ilə də tanış olub. Qonaqlar Atatürkün evini də gəziblər. Sonra nümayəndə heyəti Bilkənddə Ali Doğramacı Paşa məscidinə gələrək burada Azərbaycanın böyük dostu, professor İhsan Doğramacının məzarı önünə əklil qoyub. Ramiz Mehdiyev Doğramacı ailəsini də ziyarət edib, onlara başsağlığı verib. Nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
URL / WWW
http://kelam.az/article/a-990.html