Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Anıtqəbirə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoyub. Sonra Ramiz Mehdiyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb və Anıtqəbirdəki muzeylə tanış oldu. R.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Türkiyə Milli Təhlükəsizlik Şurasında qurumun baş katibi Sərdar Kılıç ilə görüşüb. Görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    Sonra nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcanla görüşüb. M.Mərcan bildirib ki, Türkiyədə iqtidar və müxalifətdə olmağından asılı olmayaraq, bütün deputatlar qardaş Azərbaycanın problemlərini öz problemləri kimi dəyərləndirirlər. Ramiz Mehdiyev bildirib ki, bu gün mən öz Vətənimə gəlmişəm və burada öz qardaşlarımla görüşürəm. “Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının arxasında dərin mahiyyət dayanır. Bu, ilk növbədə türk xalqlarının tarixi keçmişi ilə bağlıdır. Biz həqiqətən bir millətik. Sadəcə, tarixi proseslər iki dövlətin yaranmasına səbəb olmuşdur. Bu gün dövlətlərimiz arasında əlaqələr ən yüksək zirvədədir. Burada qardaşlarımla fikir mübadiləsi aparmaq, söhbət etmək mənə çox xoşdur”,-deyə R.Mehdiyev əlavə edib. Nümayəndə heyəti daha sonra Ankaradakı Qazi Universitetinə gəlib. Universitetin rektoru Rıza Ayhan qonaqlara bu ali təhsil ocağı barədə ətraflı məlumat verdi. Universitetlə tanışlıqdan sonra Ramiz Mehdiyev konfrans zalında “Azərbaycanın müasir vəziyyəti və Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda məruzə edib. Məruzədən sonra R.Mehdiyev tələbələrin suallarını cavablandırmışdır. Universitetin rəhbərliyinin adından ona xatirə hədiyyəsi təqdim olunub. Səfər çərçivəsində R.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Çankaya köşkünə gələrək Türkiyə Prezidenti Katibliyinin iş prinsipi ilə də tanış olub. Qonaqlar Atatürkün evini də gəziblər. Sonra nümayəndə heyəti Bilkənddə Ali Doğramacı Paşa məscidinə gələrək burada Azərbaycanın böyük dostu, professor İhsan Doğramacının məzarı önünə əklil qoyub. Ramiz Mehdiyev Doğramacı ailəsini də ziyarət edib, onlara başsağlığı verib. Nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 460
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30