Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib
30.03.10 21:34

Amid İsbəndərov/AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. QMİ-nin mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, A.Paşazadə Azərbaycan dindarlarının iradəsini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün sülhpərvər insanlarına müraciət etdiyini, Azərbaycan xalqının son yüzillik tarixində üzləşdiyi müsibətləri bəyan etmək istədiyini bildirib:“Bu bir acı həqiqətdir ki, XX əsr ərzində Azərbaycan xalqı şanlı müstəqillik tarixi yaşamaqla yanaşı, mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib. Xalqımıza qarşı məkrlə düşünülmüş, xaincəsinə cızılmış plan əsasında xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırım cinayətləri bütün bəşər tarixinə qara ləkədir. Azərbaycanın əzəli, əbədi torpaqlarına tarixən xaincəsinə göz dikmiş, bir əsrdə azərbaycanlılara qarşı iki dəfə qətliam törətmiş mənfur erməni ekstremistləri və onların havadarlarının əməllərinə heç bir bəraət ola bilməz. Xüsusi amansızlıqla, silahsız, dinc əhaliyə qarşı, uşaq, qadın, qocalara məhəl qoyulmadan gerçəkləşdirilmiş, bütöv kənd, şəhər və yaşayış məskənlərinin, maddi və mənəvi irsin məhv edilməsi ilə müşayiət olunmuş soyqırımı aktları xalqımızın yaddaşında dərin iz qoyub".
Şeyx bildirib ki, Azərbaycanın bir çox yerlərində 92 il bundan əvvəl – 1918-ci ildə törədilmiş ağlasığmaz soyqırımı cinayətlərinin qanlı izləri, kütləvi insan qəbiristanlıqları mövcuddur. Bu yaxınlarda Qubada aşkar edilmiş kütləvi məzarlıq buna əyani misaldır.
Bütün Qafqazın şeyxi müraciətində müasir dünyada əsl deyil, qondarma soyqırımlarla bağlı qayğılananların sıralarının genişlənməsini təəssüflə qeyd edib.
“Biz bütün dünya ictimaiyyətini Azərbaycan xalqının faciələrinə biganə qalmamağa, bizə qarşı törədilmiş dəhşətli soyqırımı aktlarına prinsipial hüquqi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həllində bizimlə həmrəy olmağa, haqq səsimizə səs verməyə çağırırıq. Qoy Rəbbimiz doğrunu yanlışdan seçməkdə sizlərə yardımçı olsun və Mərhəmətini üzərimizdən əsirgəməsin. Amin!”,-deyə Şeyxin müraciətində qeyd olunur.
URL / WWW
http://kelam.az/article/a-977.html