Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib
    Amid İsbəndərov/AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. QMİ-nin mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, A.Paşazadə Azərbaycan dindarlarının iradəsini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün sülhpərvər insanlarına müraciət etdiyini, Azərbaycan xalqının son yüzillik tarixində üzləşdiyi müsibətləri bəyan etmək istədiyini bildirib:

    “Bu bir acı həqiqətdir ki, XX əsr ərzində Azərbaycan xalqı şanlı müstəqillik tarixi yaşamaqla yanaşı, mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib. Xalqımıza qarşı məkrlə düşünülmüş, xaincəsinə cızılmış plan əsasında xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırım cinayətləri bütün bəşər tarixinə qara ləkədir. Azərbaycanın əzəli, əbədi torpaqlarına tarixən xaincəsinə göz dikmiş, bir əsrdə azərbaycanlılara qarşı iki dəfə qətliam törətmiş mənfur erməni ekstremistləri və onların havadarlarının əməllərinə heç bir bəraət ola bilməz. Xüsusi amansızlıqla, silahsız, dinc əhaliyə qarşı, uşaq, qadın, qocalara məhəl qoyulmadan gerçəkləşdirilmiş, bütöv kənd, şəhər və yaşayış məskənlərinin, maddi və mənəvi irsin məhv edilməsi ilə müşayiət olunmuş soyqırımı aktları xalqımızın yaddaşında dərin iz qoyub".
    Şeyx bildirib ki, Azərbaycanın bir çox yerlərində 92 il bundan əvvəl – 1918-ci ildə törədilmiş ağlasığmaz soyqırımı cinayətlərinin qanlı izləri, kütləvi insan qəbiristanlıqları mövcuddur. Bu yaxınlarda Qubada aşkar edilmiş kütləvi məzarlıq buna əyani misaldır.
    Bütün Qafqazın şeyxi müraciətində müasir dünyada əsl deyil, qondarma soyqırımlarla bağlı qayğılananların sıralarının genişlənməsini təəssüflə qeyd edib.
    “Biz bütün dünya ictimaiyyətini Azərbaycan xalqının faciələrinə biganə qalmamağa, bizə qarşı törədilmiş dəhşətli soyqırımı aktlarına prinsipial hüquqi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həllində bizimlə həmrəy olmağa, haqq səsimizə səs verməyə çağırırıq. Qoy Rəbbimiz doğrunu yanlışdan seçməkdə sizlərə yardımçı olsun və Mərhəmətini üzərimizdən əsirgəməsin. Amin!”,-deyə Şeyxin müraciətində qeyd olunur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 712
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30