Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Deputat Asəf Hacıyev İstanbulda QİƏT PM-nin iclasında iştirak edir
29.03.10 18:38

Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) Büdcə və Audit Komitəsinin iclasında iştirak etmək üçün İstanbula səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər. İclasda qurumun büdcə layihəsi və bir sıra maliyyə məsələləri müzakirə olunacaq. Səfər zamanı təşkilatın Beynəlxalq Katibliyi rəhbərliyinin və Büro üzvlərinin Avropa Parlamentinin vitse-prezidenti Libor Rusek ilə görüşü nəzərdə tutulub. Görüşdə münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər aprelin 1-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-960.html