Deputat Asəf Hacıyev İstanbulda QİƏT PM-nin iclasında iştirak edir
Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) Büdcə və Audit Komitəsinin iclasında iştirak etmək üçün İstanbula səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər.
İclasda qurumun büdcə layihəsi və bir sıra maliyyə məsələləri müzakirə olunacaq.
Səfər zamanı təşkilatın Beynəlxalq Katibliyi rəhbərliyinin və Büro üzvlərinin Avropa Parlamentinin vitse-prezidenti Libor Rusek ilə görüşü nəzərdə tutulub. Görüşdə münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 1-də başa çatacaq.