Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün Milli Məclisdə hökumətin hesabatı dinlənilir
17.03.10 03:24

Bu gün Milli Məclisin növbəti iclası keçirilir. KƏLAMİNFO xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov deputatları, hökumətin üzvlərini və Azərbaycan xalqını İlaxır Çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib. Sonra AR Konstitusiyasına uyğun olaraq, Milli Məclisin beşinci iclasında Azərbaycan hökumətinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsinə başlanıb. Spiker Oqtay Əsədov bildirib ki, bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və İcra Hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir. O.Əsədov qeyd edib ki, ötən il dünyada iqtisadi böhran başlasa da, böhranın Azərbaycana təsiri olmayıb. Spiker 2009-cu ildə ölkənin 9,3 faiz iqtisadi inkişafa nail olduğunu, nəzərdə tutulan bütün iqtisadi layihələrin həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, bu iqtisadi inkişaf əhalinin rifahına təsir göstərib, orta əmək haqqı 8,6 faiz artaraq 298 manata çatıb.Təqdim olunmuş hesabat əvvəlki illərlə müqayisədə geniş məlumat tutumlu və təhlil xarakteri daşımaqla daha ətraflı hazırlanıb. Sənəddə sosial-iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya və fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələr də müqayisəli şəkildə əhatə olunub, məntiqi ardıcıllıq təmin edilib. Hesabat məruzəsini müzakirəyə Baş nazir Artur Rasizadə təqdim edib. Baş nazir Artur Rasizadə bildirib ki, ötən il Azərbaycan iqtisadiyatı üçün uğurlu keçib, Benəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycandakı iqtisadi artımı yüksək qiymətləndirib. A.Rasizadə qeyd edib ki, ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 9,3% artaraq 34 mlrd. manat təşkil edib. “Orta aylıq əmək haqqı 6,8% artaraq 298 manat, orta aylıq əmək pensiyası isə 104 manat təşkil edib. Ölkə üzrə 654 min nəfərə ünvanlı sosial yardım verilib. Yoxsulluğun səviyyəsi 2 faiz bəndi azalaraq 11%-ə enib, respublikada 75 minə yaxın yeni iş yeri açılıb”,-deyə A.Rasizadə vurğulayıb. Baş nazir ötən il dövlət büdcəsinin gəlirlərinin 10,3 mlrd. manat, xərcləri isə 10,6 mlrd. manat olduğunu diqqətə çatdırıb. “Ötən il 2100 sahibkara dövlət büdcəsindən güzəştli şərtlərlə kreditlər verilib, ilk dəfə rekord səviyyədə – 50 mln. ton neft hasil olunub, sənayedə məhsul istehsalının artımı 8,6% təşkil edib. Ötən dövr ərzində dövlət büdcəsindən ölkənin müdafiə imkanlarının yüksəldilməsi üçün hərbi sənaye kompleksinin inkişafına 500 mln. manatdan artıq investisiya yatırılıb”,-deyə baş nazir əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-925.html