Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bu gün Milli Məclisdə hökumətin hesabatı dinlənilir
    Bu gün Milli Məclisin növbəti iclası keçirilir. KƏLAMİNFO xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov deputatları, hökumətin üzvlərini və Azərbaycan xalqını İlaxır Çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib. Sonra AR Konstitusiyasına uyğun olaraq, Milli Məclisin beşinci iclasında Azərbaycan hökumətinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsinə başlanıb. Spiker Oqtay Əsədov bildirib ki, bu dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və İcra Hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir. O.Əsədov qeyd edib ki, ötən il dünyada iqtisadi böhran başlasa da, böhranın Azərbaycana təsiri olmayıb. Spiker 2009-cu ildə ölkənin 9,3 faiz iqtisadi inkişafa nail olduğunu, nəzərdə tutulan bütün iqtisadi layihələrin həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, bu iqtisadi inkişaf əhalinin rifahına təsir göstərib, orta əmək haqqı 8,6 faiz artaraq 298 manata çatıb.

    Təqdim olunmuş hesabat əvvəlki illərlə müqayisədə geniş məlumat tutumlu və təhlil xarakteri daşımaqla daha ətraflı hazırlanıb. Sənəddə sosial-iqtisadi inkişafın ətraflı təhlili ilə yanaşı, ekologiya və fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələr də müqayisəli şəkildə əhatə olunub, məntiqi ardıcıllıq təmin edilib. Hesabat məruzəsini müzakirəyə Baş nazir Artur Rasizadə təqdim edib. Baş nazir Artur Rasizadə bildirib ki, ötən il Azərbaycan iqtisadiyatı üçün uğurlu keçib, Benəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycandakı iqtisadi artımı yüksək qiymətləndirib. A.Rasizadə qeyd edib ki, ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 9,3% artaraq 34 mlrd. manat təşkil edib. “Orta aylıq əmək haqqı 6,8% artaraq 298 manat, orta aylıq əmək pensiyası isə 104 manat təşkil edib. Ölkə üzrə 654 min nəfərə ünvanlı sosial yardım verilib. Yoxsulluğun səviyyəsi 2 faiz bəndi azalaraq 11%-ə enib, respublikada 75 minə yaxın yeni iş yeri açılıb”,-deyə A.Rasizadə vurğulayıb. Baş nazir ötən il dövlət büdcəsinin gəlirlərinin 10,3 mlrd. manat, xərcləri isə 10,6 mlrd. manat olduğunu diqqətə çatdırıb. “Ötən il 2100 sahibkara dövlət büdcəsindən güzəştli şərtlərlə kreditlər verilib, ilk dəfə rekord səviyyədə – 50 mln. ton neft hasil olunub, sənayedə məhsul istehsalının artımı 8,6% təşkil edib. Ötən dövr ərzində dövlət büdcəsindən ölkənin müdafiə imkanlarının yüksəldilməsi üçün hərbi sənaye kompleksinin inkişafına 500 mln. manatdan artıq investisiya yatırılıb”,-deyə baş nazir əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 566
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30