Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib
13.03.10 04:36

Bu gün Bakıda, “Grescent Beach” otelində İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransa media məsələləri üzrə yerli və beynəlxalq mütəxəssislər, yerli media qurumlarının rəhbərləri, millət vəkilləri qatılıb. Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman bildirib ki, inkişaf edən media demokratik dövlətlərin ən vacib sahələrindən biridir. O, Azərbaycanda medianın inkişafını ölkənin demokratikləşməsi və stabilliyi üçün önəmli olduğunu vurğulayıb. Konfransda çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən və xüsusilə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə demokratik-hüquqi dövlət quruculuğu ilə yanaşı, iqtisadiyyatın da ikişafı özünü qabarıq biruzə verib. İnkişafın digər sahələrlə bərabər, mediyaya da təsir etdiyini diqqətə çatdıran V.Əliyev 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycanda senzuranın ləğv edildiyini xatırladıb. Onun sözlərinə görə, həmin Fərman ölkədə fikir, söz azadlığı və plüralizmi bərqərar etdi. Hazırda Azərbaycanda 4100-dən artıq KİV-in qeydiyyatdan keçdiyini diqqətə çatdıran V.Əliyev bildirib ki, onun 100-dən çoxu müntəzəm fəaliyyət göstərir. Onun sözlərinə görə, bundan başqa, ölkədə 40 informasiya agentliyi, 20-dən artıq yayım şirkəti mövcuddur. “Azərbaycan mediasında çatışmazlıq isə onun cəmiyyətin inkişaf tempinə uyğunlaşmamasıdır”,-deyə V.Əliyev vurğulayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, mətbuatın əsas problemi onun iqtisadi dayaqlarının zəifliyi, jurnalistlərin sosial vəziyyətinin qənaətbəxş olmaması, reklam bazarının yoxluğudur. “İqtisadi cəhətdən zəif olan media istər-istəməz asılı vəziyyətə düşür. Buna görə də biz medianın reklam bazarına yenidən baxmalıyıq”,-deyən Ə.Amaşov jurnalistlərin ilk mənbədən informasiya almaq probleminin də olduğunu, bunun aradan qaldırılması üçün isə müvafiq tədbirlərin həyata keçirildiyini söyləyib. O, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına da toxunub və bildirib ki, bunun üçün müvafiq institutun yaradılmasına ehtiyac var. Belçikada fransız dilli RTBF kanalınının proqram direktoru Roje Jerard isə bu sahədə ölkəsinin təcrübəsindən bəhs edib. O, bildirib ki, Belçikada medianın azadılığı Konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyası ilə tənzimlənir. Söz və fikir azadlığının bütün insanlarla bərabər, jurnalistlərə də şamil olunduğunu diqqətə çatdıran R.Jerard əlavə edib ki, buna baxmayaraq jurnalistlər müəyyən məhdudiyyətləri də anlamalı və peşəkarlığa riayət etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-915.html