Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib
    Bu gün Bakıda, “Grescent Beach” otelində İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransa media məsələləri üzrə yerli və beynəlxalq mütəxəssislər, yerli media qurumlarının rəhbərləri, millət vəkilləri qatılıb. Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman bildirib ki, inkişaf edən media demokratik dövlətlərin ən vacib sahələrindən biridir. O, Azərbaycanda medianın inkişafını ölkənin demokratikləşməsi və stabilliyi üçün önəmli olduğunu vurğulayıb. Konfransda çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən və xüsusilə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə demokratik-hüquqi dövlət quruculuğu ilə yanaşı, iqtisadiyyatın da ikişafı özünü qabarıq biruzə verib.

    İnkişafın digər sahələrlə bərabər, mediyaya da təsir etdiyini diqqətə çatdıran V.Əliyev 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycanda senzuranın ləğv edildiyini xatırladıb. Onun sözlərinə görə, həmin Fərman ölkədə fikir, söz azadlığı və plüralizmi bərqərar etdi. Hazırda Azərbaycanda 4100-dən artıq KİV-in qeydiyyatdan keçdiyini diqqətə çatdıran V.Əliyev bildirib ki, onun 100-dən çoxu müntəzəm fəaliyyət göstərir. Onun sözlərinə görə, bundan başqa, ölkədə 40 informasiya agentliyi, 20-dən artıq yayım şirkəti mövcuddur. “Azərbaycan mediasında çatışmazlıq isə onun cəmiyyətin inkişaf tempinə uyğunlaşmamasıdır”,-deyə V.Əliyev vurğulayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, mətbuatın əsas problemi onun iqtisadi dayaqlarının zəifliyi, jurnalistlərin sosial vəziyyətinin qənaətbəxş olmaması, reklam bazarının yoxluğudur. “İqtisadi cəhətdən zəif olan media istər-istəməz asılı vəziyyətə düşür. Buna görə də biz medianın reklam bazarına yenidən baxmalıyıq”,-deyən Ə.Amaşov jurnalistlərin ilk mənbədən informasiya almaq probleminin də olduğunu, bunun aradan qaldırılması üçün isə müvafiq tədbirlərin həyata keçirildiyini söyləyib. O, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına da toxunub və bildirib ki, bunun üçün müvafiq institutun yaradılmasına ehtiyac var. Belçikada fransız dilli RTBF kanalınının proqram direktoru Roje Jerard isə bu sahədə ölkəsinin təcrübəsindən bəhs edib. O, bildirib ki, Belçikada medianın azadılığı Konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyası ilə tənzimlənir. Söz və fikir azadlığının bütün insanlarla bərabər, jurnalistlərə də şamil olunduğunu diqqətə çatdıran R.Jerard əlavə edib ki, buna baxmayaraq jurnalistlər müəyyən məhdudiyyətləri də anlamalı və peşəkarlığa riayət etməlidirlər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 516
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30