Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə USAİD-in gördüyü işlərin təqdimatı olub
13.03.10 03:49

Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, Sosial siyasət komitələri üzvlərinin və parlament Aparatı əməkdaşlarının iştirakı ilə USAİD-in ölkəmizdə gördüyü işlər barədə təqdimat mərasimi keçirilib. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbiri açan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev USAİD-in ölkəmizdə gördüyü işlər barədə danışıb. Bildirib ki, 2007-ci il fevralın 7-də Milli Məclislə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təsis olunmuş Azərbaycan Parlament Proqramı layihəsi çərçivəsində parlament bu təşkilatla sıx əməkdaşlıq edir. S.Mirzəyev qeyd edib ki, əvvəlcə layihənin müddəti 2 il nəzərdə tutulsa da, sonradan layihə 2010-cu il aprelin 22-dək daha bir il uzadılıb. İndi isə USAİD tərəfindən layihənin daha 17 ay uzadılması təklif olunub və qarşılıqlı razılaşmaya əsasən layihə 2011-ci ilin sonunadək davam edəcək. S.Mirzəyevin sözlərinə görə, USAİD-in Azərbaycan Parlament Proqramı layihəsi hazırlanarkən onun 3 istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. “Bu istiqamətlər Milli Məclis Aparatı əməkdaşlarının imkanlarının inkişaf etdirilməsi və artırılması, qanunvericilik və prosedurlar sahəsində daha geniş şəffaflığın təşviqi və Milli Məclisin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı idi. Ötən dövr ərzində bu sahələrdə bir sıra işlər görülüb, ABŞ-ın və digər inkişaf etmiş ölkələrin təcrübəsi əsasında Milli Məclisin deputatları üçün bir sıra Dəyirmi masalar, Aparatın əməkdaşları üçün seminarlar keçirilib, deputat köməkçisi institutu yaradılıb”,-deyə Aparat rəhbəri vurğulayıb. S.Mirzəyev bildirib ki, yeni seçiləcək deputatlar üçün layihə çərçivəsində məlumat kitabçasının hazırlanması da nəzərdə tutulub. USAİD-in Azərbaycan üzrə əlaqələndiricisi Skot Teylor bu təşkilatın ölkəmizdə ədalətli və demokratik idarəetmə, iqtisadi inkişaf, həmçinin səhiyyə sektorlarında gördüyü işlərdən danışıb. Bildirib ki, bu tədbirlər qanunun aliliyinin təmin olunması, media ilə işin qurulması, antikorrupsiya tədbirlərinin həyata keçirilməsi, maliyyə sektorunun sabitliyi, ticarət və investisiya islahatlarına yardım, özəl sektorun rəqabətliliyinin artırılması, ilkin tibbi yardımın gücləndirilməsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Sonra çıxış edən deputatlar Azərbaycan-ABŞ əməkdaşlığı, qarşılıqlı səfərlərin faydası, təcrübə mübadiləsi, deputatların həyata keçirilən layihələrdə iştirakı, deputat köməkçiləri institutunun yaradılmasının əhəmiyyəti, Dağlıq Qarabağın azərbaycanlı icmasının bu layihələrə cəlb olunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.
URL / WWW
http://kelam.az/article/a-911.html