Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli Məclisdə USAİD-in gördüyü işlərin təqdimatı olub
    Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, Sosial siyasət komitələri üzvlərinin və parlament Aparatı əməkdaşlarının iştirakı ilə USAİD-in ölkəmizdə gördüyü işlər barədə təqdimat mərasimi keçirilib. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbiri açan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev USAİD-in ölkəmizdə gördüyü işlər barədə danışıb. Bildirib ki, 2007-ci il fevralın 7-də Milli Məclislə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təsis olunmuş Azərbaycan Parlament Proqramı layihəsi çərçivəsində parlament bu təşkilatla sıx əməkdaşlıq edir. S.Mirzəyev qeyd edib ki, əvvəlcə layihənin müddəti 2 il nəzərdə tutulsa da, sonradan layihə 2010-cu il aprelin 22-dək daha bir il uzadılıb. İndi isə USAİD tərəfindən layihənin daha 17 ay uzadılması təklif olunub və qarşılıqlı razılaşmaya əsasən layihə 2011-ci ilin sonunadək davam edəcək. S.Mirzəyevin sözlərinə görə, USAİD-in Azərbaycan Parlament Proqramı layihəsi hazırlanarkən onun 3 istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuşdu.

    “Bu istiqamətlər Milli Məclis Aparatı əməkdaşlarının imkanlarının inkişaf etdirilməsi və artırılması, qanunvericilik və prosedurlar sahəsində daha geniş şəffaflığın təşviqi və Milli Məclisin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı idi. Ötən dövr ərzində bu sahələrdə bir sıra işlər görülüb, ABŞ-ın və digər inkişaf etmiş ölkələrin təcrübəsi əsasında Milli Məclisin deputatları üçün bir sıra Dəyirmi masalar, Aparatın əməkdaşları üçün seminarlar keçirilib, deputat köməkçisi institutu yaradılıb”,-deyə Aparat rəhbəri vurğulayıb. S.Mirzəyev bildirib ki, yeni seçiləcək deputatlar üçün layihə çərçivəsində məlumat kitabçasının hazırlanması da nəzərdə tutulub. USAİD-in Azərbaycan üzrə əlaqələndiricisi Skot Teylor bu təşkilatın ölkəmizdə ədalətli və demokratik idarəetmə, iqtisadi inkişaf, həmçinin səhiyyə sektorlarında gördüyü işlərdən danışıb. Bildirib ki, bu tədbirlər qanunun aliliyinin təmin olunması, media ilə işin qurulması, antikorrupsiya tədbirlərinin həyata keçirilməsi, maliyyə sektorunun sabitliyi, ticarət və investisiya islahatlarına yardım, özəl sektorun rəqabətliliyinin artırılması, ilkin tibbi yardımın gücləndirilməsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Sonra çıxış edən deputatlar Azərbaycan-ABŞ əməkdaşlığı, qarşılıqlı səfərlərin faydası, təcrübə mübadiləsi, deputatların həyata keçirilən layihələrdə iştirakı, deputat köməkçiləri institutunun yaradılmasının əhəmiyyəti, Dağlıq Qarabağın azərbaycanlı icmasının bu layihələrə cəlb olunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 549
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30