Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüzün doğum günüdür
12.02.14 18:41

Bu gün Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüzün doğum günüdür. Səlahəddin Özgündüz 1952-ci il, fevralın 11-də İğdır şəhərinin Tuzluca mahalının Aliköse kəndində dünyaya gəlib. Uşaqlıq illərindən etibarən İslami mövzulara böyük maraq göstərən S.Özgündüz onu narahat edən suallara cavab axtarmaq məqsədilə təhsil almağa başlayıb. Quran-i Kərimi öyrəndikdən sonra Fars və təməl İslami təhsil almaq üzrə İğdırın Yayci kəndində olan Axund Əmrahın yanında gedib. Burada Fars dilini öyrəndikdən sonra, yenə o dövrün böyük alimlərindən olan Hacı Molla Məhəmmədin dərslərində iştirak edib. Bundan sonra bir müddət də İranda təhsil alan S.Özgündüz bu ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün İraqın Nəcəf şəhərinə gedib. Sərf-Nahv Üsul-ul-Fiqh–Fəlsəfə, Kəlam, Təfsir və Tarix mövzularında təhsil alıb. Təhsil müddətində ümumi dərslərə qatılmaqdan daha çox xüsusi ustadlardan dərs almağa üstünlük verərək, dini mövzular üzərində daha çox müzakirə fürsətləri tapıb. Zamanın ən böyük fəqihi və təqlid mərcəyi olan mərhum Ayətullahul- üzma Seyyid Ebulkasım Xoi, Ayətullah Seyyid Ruhullah Xomeyni, Ayətullah Seyyid Abdullah Şirazi kimi fəqihlərin dərslərinə qatılaraq buradakı elmi müzakirələrdən faydalanıb. S.Özgündüz üstün zəkasıyla ustadlarının etimadını qazanıb. Türkiyəyə qayıtdıqdan sonra İğdırın bir sıra kənd və rayonlarında vəzifə yerinə yetirən S.Özgündüz buradan Ağrı bölgəsinin Taşlıçay mahalına gedib. S.Özgündüz İstanbuldan gələn dəvət üzərə Halkalı mahalında məskunlaşaraq 1978-ci ildə Zeynəbiyə hərəkatını başladıb. Bu hərəkat onun liderliyində Türkiyəli Cəfəriləri, Türkiyədə və dünyada hörmətli bir mövqeyə gətirib. Xüsusilə Aşura matəm mərasimi, vizionu və xüsusiyyəti baxımından dünyanın hər yerindən təqdir görüb. Belə ki BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı YUNESKO-nun bu mərasimi dünyaya nümunə matəm mərasimi olaraq göstərib. Bir çox beynəlxalq konfrans və qurultaylara qatılaraq müxtəlif mövzularda məruzələr təqdim edib. Türkiyədə beynəlxalq panellər və konfransların keçirilməsi yönündə fikir öndərliyi edib. Ən çox üzərində dayandığı mövzu milli birlik - cəmiyyət bütövlüyü, İslam inancının doğru yaşanıb düz yaşadılması məsələsidir. Bu mövzularda göstərdiyi səy nəticəsində, Cəfəri inanc seqmenti tərəfindən Türkiyəli Cəfəriləri Lideri olaraq tanınıb. Dörd qız, üç oğul atası olan S.Özgündüz Ərəb və Fars dillərini bilir.
URL / WWW
http://kelam.az/article/a-8157.html