Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüzün doğum günüdür
    Bu gün Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüzün doğum günüdür. Səlahəddin Özgündüz 1952-ci il, fevralın 11-də İğdır şəhərinin Tuzluca mahalının Aliköse kəndində dünyaya gəlib. Uşaqlıq illərindən etibarən İslami mövzulara böyük maraq göstərən S.Özgündüz onu narahat edən suallara cavab axtarmaq məqsədilə təhsil almağa başlayıb. Quran-i Kərimi öyrəndikdən sonra Fars və təməl İslami təhsil almaq üzrə İğdırın Yayci kəndində olan Axund Əmrahın yanında gedib. Burada Fars dilini öyrəndikdən sonra, yenə o dövrün böyük alimlərindən olan Hacı Molla Məhəmmədin dərslərində iştirak edib.

    Bundan sonra bir müddət də İranda təhsil alan S.Özgündüz bu ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün İraqın Nəcəf şəhərinə gedib. Sərf-Nahv Üsul-ul-Fiqh–Fəlsəfə, Kəlam, Təfsir və Tarix mövzularında təhsil alıb. Təhsil müddətində ümumi dərslərə qatılmaqdan daha çox xüsusi ustadlardan dərs almağa üstünlük verərək, dini mövzular üzərində daha çox müzakirə fürsətləri tapıb. Zamanın ən böyük fəqihi və təqlid mərcəyi olan mərhum Ayətullahul- üzma Seyyid Ebulkasım Xoi, Ayətullah Seyyid Ruhullah Xomeyni, Ayətullah Seyyid Abdullah Şirazi kimi fəqihlərin dərslərinə qatılaraq buradakı elmi müzakirələrdən faydalanıb. S.Özgündüz üstün zəkasıyla ustadlarının etimadını qazanıb. Türkiyəyə qayıtdıqdan sonra İğdırın bir sıra kənd və rayonlarında vəzifə yerinə yetirən S.Özgündüz buradan Ağrı bölgəsinin Taşlıçay mahalına gedib. S.Özgündüz İstanbuldan gələn dəvət üzərə Halkalı mahalında məskunlaşaraq 1978-ci ildə Zeynəbiyə hərəkatını başladıb. Bu hərəkat onun liderliyində Türkiyəli Cəfəriləri, Türkiyədə və dünyada hörmətli bir mövqeyə gətirib. Xüsusilə Aşura matəm mərasimi, vizionu və xüsusiyyəti baxımından dünyanın hər yerindən təqdir görüb. Belə ki BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı YUNESKO-nun bu mərasimi dünyaya nümunə matəm mərasimi olaraq göstərib. Bir çox beynəlxalq konfrans və qurultaylara qatılaraq müxtəlif mövzularda məruzələr təqdim edib. Türkiyədə beynəlxalq panellər və konfransların keçirilməsi yönündə fikir öndərliyi edib. Ən çox üzərində dayandığı mövzu milli birlik - cəmiyyət bütövlüyü, İslam inancının doğru yaşanıb düz yaşadılması məsələsidir. Bu mövzularda göstərdiyi səy nəticəsində, Cəfəri inanc seqmenti tərəfindən Türkiyəli Cəfəriləri Lideri olaraq tanınıb. Dörd qız, üç oğul atası olan S.Özgündüz Ərəb və Fars dillərini bilir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 723
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30