Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Necə varsan elə görün
19.07.13 04:20

Bu torpağa doğulası,
Başımda qəhrin bəlası,
Çaman-zaman talanmışam,
Tonqallara qalanmışam.
Yatırıblar, yatmamışam,
Batırıblar, batmamışam!
Mən insanam. Mən Tanrıma 
xəlifəyəm,
Yüz il belə yaşasam da,
Oxunmamış səhifəyəm
Vətəndaşam! Vətənimin
hər daşına bir yoldaşam!
Vətəndaşam! Nə dərdimi, 
nə sərimi 
Eldən uca tutmamışam!
Kürsülərdən tərif deyib,
Üzdə gülüb, dalda söyüb,
Yaxşıları yamanlayıb,
Yamanları öyüb-öyüb
Vəzifəyə çatmamışam.
Nə şeytana “Allah!” - deyə,
Nə zülmətə “sabah!” - deyə,
Günahlara batmamışam!
El malına əyri baxıb,
Sərvət üçün evlər yıxıb,
Nə kimlərə, nə kiməsə,
Nə mələyə, nə iblisə
Mənliyimi satmamışam!
Göydə bilib öz yerimi,
Yerdə isə hamı kimi
Sevinmişəm, ağlamışam,
Köksüm dolu çağlamışam!
“Cihad” deyib öz nəfsimə
Sarılmışam haqq səsimə,
Daş bağlayıb ürəyimə, 
Bircə tikə çörəyimə 
Hələ haram qatmamışam.
Bax, belecə yaşamışam
Eşit, oğul, bax, beləcə,
Başıuca, alnıaçıq və sadəcə.
İnsanların üzünə düz baxa-baxa,
Şükür deyib qismətimə, aza-çoxa,
Təkcə Tanrı qarşısında əyilmişəm.
Əyilməzlik üstündə çox döyülmüşəm!
Baharımı qış ediblər, dayanmışam,
“Dost” sözündən al qanıma boyanmışam.
Əllərimdən çörək yeyən bir sürü kəs,
Bu nemətə, yamanlıqla vermiş əvəz. 
Ónudulmaz acıları unutmuşam,
Sızladıqca, ürəyimi ovutmuşam!
İndi bilsin, bilsin hamı:
Əcəl kəssə dörd yanımı,
Yazsa fələk fərmanımı,
Mən bu ömür karvanımı
asta-asta, aram-aram,
o mənzilə aparıram!
Eşit, oğul!
Bu dünyanın hər üzünə,
Gecəsinə, gündüzünə,
Yaxşısına, yamanına,
Şübhəsinə, gümanına,
Dözməlisən.
Tükü tükdən seçməlisən!
Təkcə, oğul, imanından
əl götürmə,
Şeytan səni danışdırsa,
dil yetirmə!
Haqqa sarın, haqqa bürün,
Necə varsan, elə görün!
Necə varsan, elə görün!


Hacı Sabir HƏSƏNLİ,
Bakı İslam Universitetinin 
rektoru
URL / WWW
http://kelam.az/article/a-8071.html