Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Aqro Tərəqqi” İB Şuranın yardımı ilə İmişlidə layihə icrasına başlayıb
24.04.13 16:04

“Aqro Tərəqqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Kəndli-fermer təsərrüfatı subyektlərinin problemlərinin öyrənilməsi və həllinin dəstəklənməsi” mövzusunda layihənin icrasına başlayıb. Layihənin məqsədi İmişli rayonunda əhalinin sosial-iqtisadi problemlərinin öyrənilməsidir. Bu zaman əhalinin regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinə etimadını və inamını gücləndiriləcək. Həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində vətəndaşların iştirakı təmin olunacaq, aqrar sahədə mövcud olan problemlərin həllinə qismən də çalışılacaq.  
İB-dən bildiriblər ki, layihədən ümumilikdə aqrar sahədə çalışan kəndli-fermer təsərrüfatlarının subyektləri faydalanacaq. Onlar keçiriləcək görüşlərdə birbaşa iştirak etməklə yeni bilik və bacarıqlar əldə edəcəklər. Bu bacarıqlardan istifadə etməklə qarşılarına çıxan sosial-iqtisadi problemlərinin həllinə çalışacaqlar.  Layihənin icrası zamanı yerli əhali dövlətin regionların sosial-iqtisadi inkişafı ilə bağlı intensiv qəbul etdiyi qərarlarla yaxından tanış olmaq imkanı da qazanacaq. 
Layihənin icra müddəti 3 aydır.  

URL / WWW
http://kelam.az/article/a-7925.html