Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda erkən nigah vəziyyətinin təhlili üzrə monitorinqin təqdimatı keçirilib
17.02.10 03:05

Bu gün Bakıda BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birlikdə “Uşaq hüquqlarının qorunması kontekstində Azərbaycanda erkən nigah vəziyyətinin təhlili üzrə təqdimat” adlı monitorinqin təqdimat mərasimini keçirib. KƏLAMİNFO xəbər verir ki, AQUPDK-nin sədri Hicran Hüseynova keçirilən monitorinqin nəticələri barədə məlumat verib. O, qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə erkən nikahların durumu ilə bağlı monitorinq 2008-2009-cu illəri əhatə edib. Aparılan tədqiqatlar ölkənin dörd bölgəsində - Bakı/Abşeron, Quba, Lənkəran və Ağstafada aparılıb. “Bu bölgələrdə 488 respondentdən ibarət 40 fokus qrupu müşahidə prosesinə cəlb olunub. Respondentlər erkən nigaha girən şəxslər və onların valideynlərindən ibarətdir. Müşahidə prosesi çərçivəsində səhiyyə işçiləri, psixoloqlar, polislər, hüquqşünaslar, sosial işçilər, müəllimlərin bu problemə baxışları da öyrənilib”,-deyə H.Hüseynova bildirib.UNİSEF-in uşaqları müdafiə proqramının rəhbəri Munir Məmmədzadə müşahidələr zamanı erkən nikaha daxil olmaların üç əsas səbəbi haqqında danışıb. “Bu səbəblər gənclərin erkən nikaha marağı, mürəkkəb sosial situasiya və valideynlərin təzyiqi kimi üç istiqamətdə qruplaşır. Bununla əlaqədar erkən nikah probleminin aradan qaldırılması üçün Azərbaycan hökumətinə təkliflər təqdim olunub”,-deyə M.Məmmədazdə vurğulayıb. O, təkliflərdən birinin qızların nikah yaşı həddinin 17-dən 18-ə qaldırılması ilə əlaqədar olduğunu bildirib. M.Məmmədzadə qeyd edib ki, həmçinin yeniyetmələr və valideynlər arasında bu məsələ ilə əlaqədar maarifləndirici işin aparılması da vacib şərtdir. Milli Məclisin sosial-siyasət komitəsinin sədr müavini Məlahət Həsənova bu layihəni dəstəkləyib. O, az yaşda nigaha girmənin cəmiyyətdə qarşısının alınmasında maarifçiliyin zəruri olduğunu diqqətə çatdırıb. Mərasimdə Millət vəkilləri Qənirə Paşayeva, Elmira Axundova ilə yanaşı, ölkənin əksər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-784.html