Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda erkən nigah vəziyyətinin təhlili üzrə monitorinqin təqdimatı keçirilib
    Bu gün Bakıda BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birlikdə “Uşaq hüquqlarının qorunması kontekstində Azərbaycanda erkən nigah vəziyyətinin təhlili üzrə təqdimat” adlı monitorinqin təqdimat mərasimini keçirib. KƏLAMİNFO xəbər verir ki, AQUPDK-nin sədri Hicran Hüseynova keçirilən monitorinqin nəticələri barədə məlumat verib. O, qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə erkən nikahların durumu ilə bağlı monitorinq 2008-2009-cu illəri əhatə edib. Aparılan tədqiqatlar ölkənin dörd bölgəsində - Bakı/Abşeron, Quba, Lənkəran və Ağstafada aparılıb. “Bu bölgələrdə 488 respondentdən ibarət 40 fokus qrupu müşahidə prosesinə cəlb olunub. Respondentlər erkən nigaha girən şəxslər və onların valideynlərindən ibarətdir. Müşahidə prosesi çərçivəsində səhiyyə işçiləri, psixoloqlar, polislər, hüquqşünaslar, sosial işçilər, müəllimlərin bu problemə baxışları da öyrənilib”,-deyə H.Hüseynova bildirib.

    UNİSEF-in uşaqları müdafiə proqramının rəhbəri Munir Məmmədzadə müşahidələr zamanı erkən nikaha daxil olmaların üç əsas səbəbi haqqında danışıb. “Bu səbəblər gənclərin erkən nikaha marağı, mürəkkəb sosial situasiya və valideynlərin təzyiqi kimi üç istiqamətdə qruplaşır. Bununla əlaqədar erkən nikah probleminin aradan qaldırılması üçün Azərbaycan hökumətinə təkliflər təqdim olunub”,-deyə M.Məmmədazdə vurğulayıb. O, təkliflərdən birinin qızların nikah yaşı həddinin 17-dən 18-ə qaldırılması ilə əlaqədar olduğunu bildirib. M.Məmmədzadə qeyd edib ki, həmçinin yeniyetmələr və valideynlər arasında bu məsələ ilə əlaqədar maarifləndirici işin aparılması da vacib şərtdir. Milli Məclisin sosial-siyasət komitəsinin sədr müavini Məlahət Həsənova bu layihəni dəstəkləyib. O, az yaşda nigaha girmənin cəmiyyətdə qarşısının alınmasında maarifçiliyin zəruri olduğunu diqqətə çatdırıb. Mərasimdə Millət vəkilləri Qənirə Paşayeva, Elmira Axundova ilə yanaşı, ölkənin əksər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 506
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30