Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ Allahşükür Paşazadənin birinci müavininin səlahiyyətlərini əlindən alması xəbərinə münasibət bildirdi
01.03.13 17:37

Qafqaz Müsəlmanları İdarəsi Şeyxülislam Allahşükür Paşazadənin birinci müavininin səlahiyyətlərini əlindən alması xəbərinə münasibət bildirib.  QMİ bu məlumatların həqiqətə uyğun olmadığını, kimlərinsə təxəyyülünün məhsulu olduğunu vurğulayıb: “QMİ-də səlahiyyət bölğüsü məsələsində hər hansı dəyişiklik baş verməyib. 
QMİ sədrinin birinci müavini Hacı Salman Musayev, İdarənin Nizamnaməsinə uyğun olaraq həm Müfti - sünni icmasının başçısı, həm də İdarə rəhbərinin birinci müavini olaraq hal-hazırda da səlahiyyətlərini yerinə yetirməkdədir. Qafqaz Müsəlmanları İdarəsində tarixən formalaşmış, İdarənin Nizamnaməsi ilə oturuşmuş və onilliklərlə özünü doğrultmuş nümunəvi idarəçilik sistemi mövcuddur. İdarə sədri Şeyxülislam və onun birinci müavini - Müfti arasında ölkə dindarlarının dini-mənəvi mənafelərinin təmini istiqamətində səmərəli əməkdaşlıq və işgüzar münasibətlər mövcuddur. QMİ daxilindəki monolitlik, heç bir zaman məzhəb ayrı-seçkiliyinin mövcud olmaması, görünür, bədxahları narahat etdiyindən təxribata getmək yolunu tutublar. Məhz bu amillə izah oluna bilər ki, QMİ-də idarədaxili kadr dəyişikliyi - iqtisadi məsələlər üzrə müşavir təyinatı QMİ sədrinin birinci müavininin səlahiyyətlərinin məhdudlaşdırılması kimi təhrifli şərh olunur. Bu faktı Azərbaycanda sünni icmasının sıxışdırılması kimi qələmə vermək cəhdləri də dini-mənəvi sabitliyimizi gözü göturməyənlərin qərəzli uydurmasından başqa bir şey deyildir”.
URL / WWW
http://kelam.az/article/a-7823.html