Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bir qrup dindarla polis arasında baş verən toqquşma ilə bağlı cinayət işi qaldırılıb
16.02.10 03:30

Azərbaycanda bir qrup dindarla polis arasında baş verən toqquşma ilə bağlı cinayət işi qaldırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun yaydığı birgə bəyanatda məlumat verilir. Məlumatda bildirilib ki, fevralın 13-də saat 15.00 radələrində Hacı Sultanəli məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət bir qrup şəxs özləri ilə götürdükləri, üzərində dini sözlər yazılan şüarlar və əvvəlcədən hazırlanan gül çələngi ilə İcra Hakimiyyəti orqanlarını xəbərdar etmədən və müvafiq icazə almadan Füzuli meydanı istiqamətində qanunsuz yürüş etməyə cəhd göstərib. İcazəsiz yürüşün qarşısını almaq istəyən Yasamal rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün əməkdaşları yürüş iştirakçıları tərəfindən müqavimətlə qarşılaşıblar. Nəticədə polis əməkdaşlarından bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş verən fakt əsasında fevralın 13-də Yasamal rayon Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə baş verən əraziyə video çəkilişi aparılmaqla baxış keçirilib. Hadisə yerindən qan nümunələri, daş parçaları, ağac və taxta hissələri aşkar edilərək götürülüb, tədbirin keçirilməsində iştirak edən vətəndaşların, habelə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının ifadələri alınıb. Xəsarət alan polis işçiləri və onlara zor tətbiq edən şəxslər məhkəmə-tibb ekspertizasından keçirilib, hadisənin törədilməsində fəal iştirak edən şəxslərlə tanınma və üzləşdirmə hərəkətləri aparılıb. Cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi, həmçinin, onu törədən şəxslərin dairəsinin tam dəqiqləşdirilməklə istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-771.html