Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bir qrup dindarla polis arasında baş verən toqquşma ilə bağlı cinayət işi qaldırılıb
    Azərbaycanda bir qrup dindarla polis arasında baş verən toqquşma ilə bağlı cinayət işi qaldırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun yaydığı birgə bəyanatda məlumat verilir. Məlumatda bildirilib ki, fevralın 13-də saat 15.00 radələrində Hacı Sultanəli məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət bir qrup şəxs özləri ilə götürdükləri, üzərində dini sözlər yazılan şüarlar və əvvəlcədən hazırlanan gül çələngi ilə İcra Hakimiyyəti orqanlarını xəbərdar etmədən və müvafiq icazə almadan Füzuli meydanı istiqamətində qanunsuz yürüş etməyə cəhd göstərib. İcazəsiz yürüşün qarşısını almaq istəyən Yasamal rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün əməkdaşları yürüş iştirakçıları tərəfindən müqavimətlə qarşılaşıblar. Nəticədə polis əməkdaşlarından bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Baş verən fakt əsasında fevralın 13-də Yasamal rayon Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə baş verən əraziyə video çəkilişi aparılmaqla baxış keçirilib. Hadisə yerindən qan nümunələri, daş parçaları, ağac və taxta hissələri aşkar edilərək götürülüb, tədbirin keçirilməsində iştirak edən vətəndaşların, habelə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının ifadələri alınıb. Xəsarət alan polis işçiləri və onlara zor tətbiq edən şəxslər məhkəmə-tibb ekspertizasından keçirilib, hadisənin törədilməsində fəal iştirak edən şəxslərlə tanınma və üzləşdirmə hərəkətləri aparılıb. Cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi, həmçinin, onu törədən şəxslərin dairəsinin tam dəqiqləşdirilməklə istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 463
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30