Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib
26.11.12 21:55

Bu gün Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliağa Hüseynov görüşdə bildirib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri günü-gündən inkişaf edir: “Sevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qrupları mövcuddur”. İşçi qrupunun üzvü Eldar İbrahimov isə bildirib ki, bu gün Pakistan və Azərbaycan eyni problemləri yaşayır. “Pakistan Dağlıq Qarabağ probleminin həllinə öz köməkliyini təklif edib, biz də hər zaman Pakistana öz dəstəyimizi göstərəcəyik. Pakistan hərbçiləri açıq şəkildə deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində silah lazımdırsa silah, canlı qüvvə lazımdırsa canlı qüvvə verə bilərik”. Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin sədri Fəzl Ur Rəhman isə bildirib ki, Pakistan Azərbaycanla bərqərar olan dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. O qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub: “Biz yalnız Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanı dövlət kimi tanımırıq”. O qeyd edib ki, Dağlıq Qarabağ və Kəşmir məsələlərində iki ölkənin mövqeyi iki ölkə arasında mövcud olan əlaqələrin təzahürüdür. Komitə sədri deyib ki, Pakistanla Azərbaycan arasında ticarətin həcmi hələlik iki ölkə arasında əlaqələrin səviyyəsini əks etdirmir: “Ticarət əlaqələrini genişləndirmək lazımdır”. O bildirib ki, iki ölkənin parlamentləri arasında da qarşılıqlı səfərlərin intensiv xarakter alması vacibdir. Görüşdə Pakistan Azərbaycan tərəfinə təlimlər keçmək üçün təkliflər verib. Təkliflər hərbi müdafiə, dəmir yolu, bank, poçt sahələrini əhatə edir.
URL / WWW
http://kelam.az/article/a-7539.html