Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib
    Bu gün Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliağa Hüseynov görüşdə bildirib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri günü-gündən inkişaf edir: “Sevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qrupları mövcuddur”. İşçi qrupunun üzvü Eldar İbrahimov isə bildirib ki, bu gün Pakistan və Azərbaycan eyni problemləri yaşayır. “Pakistan Dağlıq Qarabağ probleminin həllinə öz köməkliyini təklif edib, biz də hər zaman Pakistana öz dəstəyimizi göstərəcəyik. Pakistan hərbçiləri açıq şəkildə deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində silah lazımdırsa silah, canlı qüvvə lazımdırsa canlı qüvvə verə bilərik”.

    Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin sədri Fəzl Ur Rəhman isə bildirib ki, Pakistan Azərbaycanla bərqərar olan dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. O qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub: “Biz yalnız Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanı dövlət kimi tanımırıq”. O qeyd edib ki, Dağlıq Qarabağ və Kəşmir məsələlərində iki ölkənin mövqeyi iki ölkə arasında mövcud olan əlaqələrin təzahürüdür. Komitə sədri deyib ki, Pakistanla Azərbaycan arasında ticarətin həcmi hələlik iki ölkə arasında əlaqələrin səviyyəsini əks etdirmir: “Ticarət əlaqələrini genişləndirmək lazımdır”. O bildirib ki, iki ölkənin parlamentləri arasında da qarşılıqlı səfərlərin intensiv xarakter alması vacibdir. Görüşdə Pakistan Azərbaycan tərəfinə təlimlər keçmək üçün təkliflər verib. Təkliflər hərbi müdafiə, dəmir yolu, bank, poçt sahələrini əhatə edir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 486
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30