Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Aparatının əməkdaşları başçəkmələr həyata keçiriblər
22.11.12 21:35

Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən Müvəkkilin İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, başçəkmədə məqsəd rəftar və saxlanma şəraitinin araşdırılması olub. 3 saylı İstintaq Təcridxanasında saxlanılan bir neçə şəxslə görüş zamanı onlar rəftar və saxlanma şəraitindən şikayət etməyiblər. Təcridxananın kameralarına baxış keçirilib və müəyyən edilib ki, bir çox kameralarda təmir işləri aparılıb. Kameralar elektriklə işləyən radiatorlarla təmin edilib. Başçəkmə zamanı həmçinin məhkumlar üçün yeməkxanada hazırlanan yeməyin keyfiyyəti yoxlanılıb. Eyni zamanda təqsirləndirilən şəxslərin yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaları üçün nəzərdə tutulan telefon kabinələri hazır vəziyyətə gətirilib. Daha sonra MPM qrupunun üzvləri Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində olub, orada saxlanılan 4 şəxslə təklikdə söhbət aparıb, onların saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olub və onlara hüquqi məsləhətlər veriblər. Saxlanma şəraiti araşdırılarkən MPM qrupunun əvvəlki başçəkmələri zamanı verilən tövsiyələrin yerinə yetirildiyi müəyyən edilib. Hər iki başçəkmənin sonunda saxlanma yerinin rəislərinə şəraitlə əlaqədar tövsiyələr verilib.
URL / WWW
http://kelam.az/article/a-7528.html